AZ

Gecənin qəhrəmanı danışdı - “Etdiyim dəlilik idi”

style='margin-bottom:10px;'>

“Benfika”nın ukraynalı qapıçısı Anatoli Trubin Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda Madrid “Real”ına vurduğu qoldan sonra fikirlərini bölüşüb.

Xatırladaq ki, dünən keçirilən oyunda “Benfika” “Real”ı 4:2 hesabı ilə məğlub edib. Portuqaliya təmsilçisinin son qolunu 90+8-ci dəqiqədə ukraynalı qapıçı Anatoli Trubin vurub.

“Opta”nın məlumatına görə, Trubin Çempionlar Liqası tarixində qol vuran 5-ci qapıçı olub. Ondan əvvəl bu uğura Hans-Yörq Butt (3 qol), Sinan Bolat, Vinsent Enyeama və İvan Provedel (1 qol) nail olmuşdu.

QOL.az xəbər verir ki, Trubin oyundan sonra deyib: “Sonda nə etməli olduğumuzu əvvəlcə başa düşmədim. Tomaş Arauxo və Antoniu Silva qışqırırdılar: “Bir də, bir də”, mən isə cavab verirdim: “Nə?” Sonra hamının mənə irəli getməyi işarə etdiyini gördüm. Məşqçini də gördüm və cərimə meydançasına qaçdım — və hətta bilmirəm… nə deyim. Dəlilik idi. “Portu” ilə oyunda da buna bənzər bir an olmuşdu, onda çox yaxın idim. İndi isə alındı. Nə deyəcəyimi bilmirəm. Qol vurmağa öyrəşməmişəm. 24 yaşım var və bu, mənim ilk qolumdur. İnanılmazdır”.

Trubinin qolu sayəsində “Benfika” vurulan və buraxılan qolların fərqinə görə 9 xalla 24-cü yeri tutaraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. “Real” isə 15 xalla 9-cu pillədə qərarlaşıb və turnirin 1/8 finalına birbaşa vəsiqə qazana bilməyib. Hər iki komanda növbəti mərhələyə çıxmaq üçün pley-off oyunlarında iştirak edəcək.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr