AZ

Dəm qazından zəhərlənən gəncin son durumu açıqlandı

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda kirayə qalan 2 nəfər - İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev dəm qazından zəhərlənib.

Modern.az zəhərlənən şəxsin son durumunu öyrənmək üçün Kliniki Tibbi Mərkəzə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirilib ki, 2000-ci il təvəllüdlü İmran Qənbəralıyev dəm qazından zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Məlumata görə, şəxsə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda həmin şəxsin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, R.Məmiyev hadisə yerində dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
modern.az

1Mənbələr