AZ

Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir Ekspert

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir. İctimai nəqliyyatın ən gözəl növlərindən biri də tramvaydır. Həm ekoloji cəhətdən sərfəlidir, elektrik enerjisi ilə işləyir, havanı çirkləndirmir, həm də iri tutumlu olur. Yaxşı şəbəkəsi olarsa, tramvaylar sərnişindaşımada böyük rol oynayır”.

Bunu 525.az-a nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, xaricdə böyük şəhərlərdə cəmi iki zolaqdan ibarət olan küçədə də tramvay xətti çəkiblər. Hətta yol hərəkəti qaydalarını da uyğunlaşdırıblar:

«Avropada sərnişindaşımada tramvay və trolleybusların tətbiqi geniş vüsət alıb. Burada ilk növbədə tıxacların aradan qaldırılması və insanların tez və vaxtında iş yerlərinə çatdırılması məsələsi dayanır. İkinci növbədə isə şəhərin ümumilikdə ekoloji tarazlığının pozulması ilə bağlı narahatçılıqların aradan qaldırılması məsələsi var. Tramvaylar üçün xəttlər çəkilməli, infrastruktur qurulmalıdır, işçi personalı olmalıdır və s. Bu kimi problemləri həll edə bilsək, yəqin ki, əfsanəvi tramvaylar geri dönə bilər. Düşünürəm ki, şəhərin yeni küçələrində tramvay xəttini çəkmək çox yaxşı olar”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
525.az

1Mənbələr