AZ

Cinayət işini məhkəməyə elektron qaydada da göndərə biləcəklər

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Cinayət işinin məhkəməyə göndərilməsi qaydasına dəyişiklik edilir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.  

Layihəyə əsasən, məhkəməyədək icraat elektron qaydada aparıldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərir. Cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilərək elektron qaydada göndərilə bilməyən maddi sübutlar, sənədlər və digər əşyalar məhkəməyə bilavasitə təqdim edilir.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
qafqazinfo.az

2Mənbələr