Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Ağdam təmsilçisi“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsini22-ci yerdə başa vuraraq pley-offa yüksəlib.
Trend-inxəbərinə görə, Azərbaycan çempionunun pley-offun1/16 və 1/8 mərhələlərindəkipotensial rəqibləri məlum olub.
Belə ki, “Köhlən atlar” 1/16 final mərhələsindəFransanın PSJ vəİngiltərənin “Nyukasl”klublarından birinə rəqib olacaq.
Komandamız bu mərhələni adlasa, 1/8 final mərhələsində İspaniyaçempionu “Barselona” və dünya çempionu, Liqamərhələsində Bakıda qonaq etdiyi “Çelsi”klublarından biri ilə qarşılaşacaq. Bu mərhələnin püşkatma mərasimifevralın 27-də keçiriləcək.
Əlavə edək ki, pley-off mərhələlərində komandalar arasındaev və səfərdə keçirilməklə ikigörüş baş tutur.
Məlumat üçün bildirək ki, “Qarabağ” Liqamərhələsini 10 xalla 22-ci yerdətamamlayıb. Evdə “Kopenhagen” (2:0),“Çelsi” (2:2), “Ayaks” (2:4),“Ayntraxt”la (3:2) qarşılaşan region klubu“Benfika” (3:2), “Atletik” (1:3),“Napoli” (0:2) və “Liverpul”(0:6) səfərinə yollanıb.
Qeyd edək ki, Liqa mərhələsində 9-24-cü yerləritutan komandaların mübarizə aparacağı 1/16 final mərhələsininpüşkatma mərasimi yanvarın 30-u Bakı vaxtı iləsaat 15:00-da başlayacaq. İlk oyunlar 17-18fevral, cavab görüşləri isə 24-25 fevraltarixlərində baş tutacaq. Turnir cədvəlində daha aşağı pillədə yeralan komandalar ilk oyunu evdə, cavab matçını isə səfərdəkeçirəcəklər.