AZ

Azərbaycanın axtardığı şəxs Türkiyədə tutuldu

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Türkiyədə müəyyən olunub.

"Cebheinfo.az" xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax RPŞ tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

"Cebheinfo.az"

Seçilən
84
32
cebheinfo.az

10Mənbələr