AZ

Microsoft un xalis mənfəəti 60 faiz artıb

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maliyyə təqvimində 31 dekabr 2025-ci ildə başa çatan üç aylıq dövrü 2026 maliyyə ilinin ikinci rübü kimi qəbul edən Microsoft maliyyə hesabatını açıqlayıb.

Marja.az xəbər verir ki, şirkətin gəliri ötən ilin oktyabr–dekabr dövründə illik müqayisədə 17 faiz artaraq 81,3 milyard dollara yüksəlib. Microsoft əvvəlki ilin eyni dövründə 69,6 milyard dollar gəlir əldə etmişdi.

Microsoft-un xalis mənfəəti də eyni dövrdə təxminən 60 faiz artaraq 38,5 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti əvvəlki ilin eyni dövründə 24,1 milyard dollar olmuşdu.

Şirkətin səhmbaşına mənfəəti bu dövrdə 3,23 dollardan 5,16 dollara yüksəlib.

Microsoft-un həm gəliri, həm də mənfəəti bazar gözləntilərini geridə qoyub.

Şirkətin Azure və digər bulud xidmətlərindən əldə etdiyi gəlir də eyni dövrdə 39 faiz artıb.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
marja.az

2Mənbələr