Bakı. Trend:
ABŞ-nin “Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi)2026-cı ilin mart ayında tədarük olunacaq gümüşün fyüçers qiymətitarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 120 ABŞdollarını ötüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 10:20-yə olan məlumata görə, qiymətlimetalın qiyməti 5,84% artaraq bir troya unsiyası üçün 120,17 ABŞdolları təşkil edib.
Saat 10:26-da isə gümüşün qiyməti bir troya unsiyası üçün 120,03ABŞ dolları səviyyəsində (+5,73%) olub. Eyni zamanda, “Comex”birjasında 2026-cı ilin fevral ayında tədarük olunacaq qızılınfyuçersi bir troya unsiyası üçün 5,617.6 ABŞ dolları (+5,19%)səviyyəsində satılıb.