Bakıda iki nəfər dəm qazından zəhərlənib, bir nəfər ölüb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Kirayədə yaşayan İmran Qənbəralıyev və Ramazan Məmiyev dəm qazından zəhərlənib.
Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyevin isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
“Şəxsə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda həmin şəxsin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”məlumatda qeyd olunub”, – TƏBİB-dən İmran Qənbəralıyevin səhhəti ilə bağlı məlumatda qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.