AZ

"Ramazana görə 100 manat pul və ərzaq yardımı" - DİQQƏTLİ OLUN, ALDANMAYIN

"WhatsApp" platformasında Ramazan yardımı adı altında yayılan saxta mesajlar vətəndaşlar üçün təhlükə yaradır.

Bu tipli mesajlardan biri də Far.Az saytının "qaynar xətt" nömrəsinə daxil olub.

Adıçəkilən mesajda guya hər ailəyə ərzaq məhsulları və pul yardımı veriləcəyi bildirilir, vətəndaşlardan isə linkə daxil olaraq "müraciət forması"nı doldurmaları tələb olunur.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi belə mesajlarla bağlı dəfələrlə əhaliyə müraciət edib. Vətəndaşlara saxta mesajlara və yalan paylaşımlara etibar etməmək tövsiyə olunub.

Seçilən
17
14
far.az

10Mənbələr