Musavat.com xəbər verir ki, məlumatı İran prezident aparatının kommunikasiya şöbəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai "X" hesabında açıqlayıb.
Onun sözlərinə görə, məqsəd Qərb mediasında saxtakarlıq və fərziyyələrin qarşısını almaqdır: "Prezidentin sərəncamı ilə son faciəli hadisələrin bütün qurbanlarının adları və təfərrüatları dərc olunacaq. Həmçinin ziddiyyətli məlumat və ifadələri hərtərəfli yoxlamaq və təsdiqləmək üçün bir mexanizm yaradılıb".
Təbatabainin sözlərinə görə, bu addım Qərb mediasının statistikanı saxtalaşdırmaq cəhdlərinə cavabdır: "Məqsəd yalan danışan hər kəsi ifşa etməkdir".
İranın xarici işlər naziri Abbas Əraqçi 23 yanvarda ölənlərin sayının həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla 3117 nəfərə çatdığını açıqlayıb.