AZ

Tramp etirazları canlandırmaq üçün İrana zərbə endirməyi düşünür - KİV

ABŞ Prezidenti Donald Tramp İranda etirazların yenidən güclənməsinə səbəb ola biləcək mümkün hərbi addımları müzakirə edir.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ və bölgədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, nəzərdən keçirilən variantlar arasında İranın etirazları yatırmaqda məsul sayılan təhlükəsizlik qüvvələri, yüksək rütbəli komandirlər və bəzi dövlət qurumlarına qarşı hədəfli zərbələr də yer alır. Eyni zamanda, İranın ballistik raket infrastrukturu və uranın zənginləşdirilməsi ilə məşğul olan obyektlərinə qarşı daha genişmiqyaslı zərbə ssenariləri də müzakirə olunur.

Qeyd olunub ki, ancaq Tramp hələlik hərbi əməliyyatla bağlı yekun qərar verməyib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr