AZ

NATO Rusiya ilə bütün əlaqələri kəsdi: Yalnız bundan başqa

Şimali Atlantika Alyansı (NATO) Rusiya ilə bütün əlaqələri kəsib, nəticədə tərəflər arasında yalnız təcili rabitə kanalı qalıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya XİN-in departament direktoru Vladislav Maslennikov danışıb.

O bildirib ki, bu əlaqələr 2022-ci ildən kəsilib.

Maslennikovun sözlərinə görə, 2014-cü ildə Rusiya ilə dialoqu faktiki olaraq Şimali Atlantika Alyansı öz təşəbbüsü ilə dondurub.

“Müəyyən məsələləri müzakirə edə bildik, amma NATO israrla əlaqələri Ukrayna problemi səbəbindən azaltdı. Avropada hərbi gərginliyin azaldılması təşəbbüslərimiz NATO tərəfindən qəbul edilmədi. Qarşılıqlı təhlükəsizlik zəmanətləri ilə bağlı ciddi müzakirə aparmaq cəhdimiz Brüsseldə də müsbət cavab almadı”, - o qeyd edib.

Seçilən
0
publika.az

1Mənbələr