Bərdə sakini zəhərlənərək ölüb.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində mağazada baş verib. 1998-ci il təvəllüdlü rayon sakini Sabir Əhmədovun kimyəvi maddədən zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.