AZ

Tramp İrana bir sıra tələblər irəli sürüb

ABŞ prezidenti Donald Tramp İrana üç əsas tələb irəli sürüb. Oxuməni.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Yanvarın 28-də Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə atom təyyarədaşıyıcı gəmisi "Abraham Lincoln"un başçılıq etdiyi "nəhəng donanma" göndərib. O, Tehranı güc tətbiq etməklə hədələyib, əgər respublika rəhbərliyi razılığa gəlməkdən imtina etsə. Razılıqla bağlı heç bir konkret detall göstərilməyib.

"Lakin Amerika və Avropa rəsmiləri bildirirlər ki, danışıqlar zamanı iranlılara üç tələb irəli sürüblər: uranın zənginləşdirilməsinə tamamilə son qoymaq və mövcud ehtiyatlarını utilizasiya etmək, ballistik raketlərin mənzilini və sayını məhdudlaşdırmaq, həmçinin Yəməndə fəaliyyət göstərən HƏMAS, "Hizbullah" və husilər daxil olmaqla, Yaxın Şərqdəki təxribatçı qruplaşmalara hər cür dəstəyi dayandırmaq," - deyə NYT yazır.

Nəşr qeyd edir ki, bu tələblərdə və Trampın "Truth Social"da etdiyi müraciətdə İranda küçələrə çıxan etirazçıların müdafiəsi barədə heç bir məlumat yoxdur. Bundan əvvəl o, etirazçıları fəal şəkildə dəstəkləyir və etirazların zorla yatırılmasına görə Tehranı hədələyirdi.

Almaz Həsənli

Seçilən
12
oxumeni.az

1Mənbələr