AZ

“Ordumuz cavab zərbəsinə hazırdır” –İran XİN başçısı Trampa cavab yazdı

İran ordusu quruda, havada və ya dənizdə istənilən təcavüzə dərhal və qətiyyətlə cavab verməyə hazırdır.

AzPost bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi  “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ötən ilki İsraillə müharibənin təcrübəsi İrana təhdidlərə daha effektiv cavab verməyə imkan verəcək.

Əraqçinin açıqlaması Vaşinqtonun öz donanmasını Yaxın Şərqə yerləşdirməsi və İranla potensial təmas xətti boyunca müdafiəsini gücləndirməsi fonunda səslənir.

“Silahlı Qüvvələrimiz qiymətli torpaqlarımıza, hava məkanımıza və dənizimizə qarşı istənilən təcavüzə dərhal və qətiyyətlə cavab verməyə hazırdır. 12 günlük müharibə zamanı əldə edilən dəyərli dərslər bizə daha güclü, sürətli və effektiv cavab verməyə imkan verir”, – Əraqçi yazıb.

Eyni zamanda, o, əlavə edib ki, İran həmişə “qarşılıqlı faydalı, ədalətli və bərabər” nüvə sazişini dəstəkləyib.

“Bərabər şərtlərlə, məcburiyyət, təhdid və ya qorxutma olmadan – İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahının olmamasını təmin edən bir şərtlə. Bu cür silahların təhlükəsizlik planlarımızda yeri yoxdur və biz heç vaxt onları əldə etməyə çalışmamışıq”- deyə İranın xarici işlər naziri yekun olaraq bildirib.

AzPost.az

Seçilən
5
2
azpost.info

3Mənbələr