AZ

Bakıda kirayə qalan iki nəfər dəm qazından zəhərləndi

10:14 29.01.2026
10:14 29.01.2026

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

Mynews.az xəbər verir ki, Nizami rayonu ərazisində kirayədə yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərlənib.

Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.


Seçilən
78
16
mynews.az

10Mənbələr