AZ

Pley-offa adlayan "Qarabağ" UEFA-dan milyonlar alacaq

UEFA Çempionlar Liqasında tarix yazan "Qarabağ" eyni zamanda büdcəsini zənginləşdirməyə davam edir.

Publika.az-ın məlumatına görə, Ağdam klubu səfərdə "Liverpul"a məğlubiyyətə görə (0:6) bonus ala bilməyib. Lakin komandanın tarix yazaraq 22-ci sıradan pley-offa yüksəlməsi bunu sığortalayıb.

Azərbaycan çempionu turnirin liqa mərhələsini 9-24-cü yerlərdə başa vuran klubların hər biri kimi 1 milyon avro qazanıb. Bundan əlavə, UEFA bu mərhələdə yarışacaq hər bir komandaya bir 1 milyon avro mükafat ödəyəcək. Bu o deməkdir ki, Ağdam təmsilçisi büdcəsini daha 2 milyon avro zənginləşdirib.

Xatırladaq ki, liqa mərhələsində 8 turdan sonra 10 xal toplayan Ağdam klubunun bu mərhələdən qazancı 7,05 milyon avroya (təqribən 14 milyon manat) çatıb. UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir. "Qarabağ" ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro qazanıb.

Seçilən
9
publika.az

1Mənbələr