AZ

Teslanın xalis mənfəəti azaldı

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Tesla"nın 2025-ci ilin dördüncü rübü üzrə xalis mənfəəti illik müqayisədə 61 faiz azalaraq 840 milyon dollara düşüb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin həmin dövrdə gəliri də 3 faiz azalaraq 24,9 milyard dollar təşkil edib. İstehsal və tədarük göstəricilərində də geriləmə qeydə alınıb.

"Tesla" bu rübdə 434 minədək avtomobil istehsal edib və 418 mindən çox avtomobil tədarük edib.

Şirkət cari ildə təmiz enerji və nəqliyyat infrastrukturuna, eləcə də muxtar robot texnologiyalarına daha çox sərmayə yatıracağını açıqlayıb.

"Tesla" həmçinin yanvar ayında xAI şirkətinin təxminən 2 milyard dollarlıq səhm alışı barədə investisiya müqaviləsi imzaladığını bildirib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
bakivaxti.az

1Mənbələr