AZ

Göyçay qəzasında xəsarət alanların SON DURUMU

Göyçayda baş verən zəncirvari qəza ilə bağlı TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 28.01.2026-cı il tarixində saat 18:00 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (3 kişi, 1 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları və travmaları, alın nahiyyəsinin açıq yarası, diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 1980-ci il təvəllüdlü pasiyentin (kişi) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən digər şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media, Aran bürosu

Seçilən
4
bizim.media

1Mənbələr