AZ

Səməd Seyidov Azərbaycanın Trampın diktəsi ilə İrana qoşun yeridəcəyi ilə bağlı iddialar BARƏDƏ: “Azərbaycan müstəqil dövlətdir”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Səmədov Sülh Şurasına üzvlük fonunda Azərbaycanın ABŞ Prezidenti Donald Trampın diktəsi ilə İrana qoşun yeridəcəyi ilə bağlı iddialara münasibət bildirib.

 

S.Seyidov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan müstəqil, güclü dövlətdir.

 

“Azərbaycan dövləti hər zaman siyasətində qonşularla normal münasibət qurmağa üstünlük verib. Cənab Prezident İlham Əliyev də birbaşa İranla bağlı Ümumdünya İqtisadi Forumunda (Davos) öz münasibətini bildirib. Biz istəmirik ki, heç bir ölkədə, xüsusilə, qonşu ölkədə qeyri-sabitlik olsun. Buna görə konkret olaraq qonşularımızla münasibətləri yüksək səviyyədə təşkil etməyə meyilliyik. Biz sülh tərəfdarıyıq və bu istiqamətdə də işləyəcəyik”, - komitə sədri vurğulayıb.

 

Aytəkin Qardaşova

Tarix: 29 Yanvar 2026, 09:57   
Seçilən
7
pravda.az

1Mənbələr