AZ

Məhkumun əmlakına həbs qoyulması ilə bağlı yeni qayda

Bakı. Trend:

Cərimənin məcburi tutulması qaydalarında dəyişiklikediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cəzalarınİcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindəöz əksini tapıb.

Qanun layihəsinə əsasən, məhkum cəriməni müəyyən edilmişmüddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmışməhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyatakeçiriləcək.

Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqaqazancına yönəldiləcək.

Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumunəməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçünkifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakınavə ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək.

Bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakınayönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, məhkum cəriməni müəyyənedilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrasıAzərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmüçıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusimülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payınayönəldilməklə həyata keçirilir. Cərimənin tutulması o haldaməhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onunəmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçünkifayət etməsin.

Layihədə bildirilib ki, qanunvericilikdə məsələnin bu cürtənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərininisə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəbolduğu müşahidə olunur.

Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərliəmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxtitkisi, həm də əlavə prosedur xərcləri yaradır.

Cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdənkeçirilməsi, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqınavə ya başqa qazancına yönəldilməsi, icra prosesinin operativliyininartırması və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbsqoyulması və satış zərurətinin minimuma endirilməsini təmin etməkməqsədi ilə bu qanun layihəsi hazırlanıb.

Seçilən
56
11
az.trend.az

10Mənbələr