AZ

Naxçıvan TV-nin ikibaşlı əjdahasının ikinci başı sədr olmaq eşqindədir – İDDİA

Naxçıvan teleradiosunda davam edən rəhbərlik böhranı daha da dərinləşib.

NOCOMMENT.az xəbər verir ki, televiziya əməkdaşlarının göndərdiyi məktublarda səsləndirilən iddialar isə qurumdakı vəziyyətin nə qədər xaotik hala düşdüyünü açıq şəkildə göstərir.

Məktubda bildirilir ki, sədr müavini Xaliq Babayev kollektiv üzvlərinə özünü gələcək sədr kimi təqdim edir və bunun üçün yüksək səviyyədə dəstək aldığını iddia edir.

İddiaya görə, Babayev əməkdaşlara bildirib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli onun “arxasında dayanır” və sədr təyin olunması üçün “yuxarı instansiyalarla danışılıb, razılıq alınıb”.

Məlumatda o da vurğulanır ki, Xaliq Babayev öz tabeliyində olan əməkdaşlara hazırkı sədr əvəzi İlhamə Novruzovanı saymamaq barədə tapşırıq verib və kollektivdə açıq şəkildə qarşıdurma yaradıb.

Qeyd edilənlərə əsasən, Naxçıvan televiziyasında artıq ikili rəhbərlik, dağınıq idarəetmə və şəxsi ambisiyaların diktə etdiyi xaos hökm sürür.

Seçilən
13
nocomment.az

1Mənbələr