AZ

AİB transsərhəd su əməkdaşlığı üzrə Azərbaycanın da iştirak etdiyi regional layihəyə dəstək olacaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq (CAREC) proqramının Su istiqaməti çərçivəsində “İqlimədayanıqlı su resurslarının idarə olunması üçün transsərhəd suəməkdaşlığının gücləndirilməsi” layihəsini dəstəkləyəcək.

Trend bu barədəAİB-ə istinadən xəbər verir.

Layihədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edirlər.

Maliyyələşmə 750 min ABŞ dolları məbləğində Xüsusi TexnikiYardım Fondu hesabına həyata keçirilir.

Təşəbbüs ölkələr arasında siyasətlərin, layihələrin vəqarşılıqlı əməkdaşlığın əlaqələndirilməsi üçün regional əməkdaşlıqplatformasının formalaşdırılmasına yönəlib.

Layihə kənd təsərrüfatı, təbii resurslar və kənd ərazilərinininkişafı sektorunda icra olunur və aqrar siyasət, institusionalinkişaf, eləcə də potensialın gücləndirilməsi məsələlərini əhatəedir.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr