AZ

Reuters: ABŞ ələ keçirdiyi tankerlərdən birini Venesuelaya qaytarıb

Mərkəzi hakimiyyət Vaşinqtonun konfiskasiyaya aldığı tankerini geri verdiyini açıqlayıb…

Poliqon xəbər verir ki, ABŞ Venesuelaya yanvar ayında ələ keçirdiyi tanker M/T Sophia-nı təhvil verməyə qərar verib. Reuters Agentliyininin iki anonim ABŞ rəsmisinə istinadən yaydığı məlumatda bildirilir ki, bu, Vaşinqtonun ilk dəfə konfiskasiyaya aldığı tankerini geri qaytarmasıdır.

Agentliyin məlumatına görə, Panama bayrağı altında üzən M/T Sophia 7 yanvarda ələ keçirilib və ABŞ hakimiyyətləri onun “kölgə donanmasına” aid olduğunu iddia edib. Tankerin niyə geri qaytarıldığı barədə rəsmi açıqlama verilməyib.

Reuters qeyd edir ki, 2025-ci ilin sonlarından etibarən ABŞ Venesuelaya bağlı yeddi tankeri ələ keçirib. Onlardan ilki 10 dekabrda ələ keçirilmiş Skipper olub. 17 dekabrda ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı dəniz neft blokadasını elan edib. 3 yanvarda isə ABŞ xüsusi təyinatlıları Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi oğurlayıb. ABŞ hakimiyyəti onları narkoterrorçuluqda ittiham edir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr