AZ

Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”a dəstəyini ifadə edib - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı mübarizəsi ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

İdman.Biz xəbər verir ki, səfir etdiyi paylaşımda nəticədən asılı olmayaraq Ağdam təmsilçisinin əzmkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.

O bildirib ki, “Liverpul”la oyunun hesabından asılı olmayaraq “Qarabağ” növbəti mərhələdə yerini qazanıb və bu klubu UEFA Çempionlar Liqasında dəstəkləməkdən qürur duyduğunu qeyd edib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda keçirilən “Liverpul” - “Qarabağ” oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz
Seçilən
14
1
idman.biz

2Mənbələr