AZ

Bursada fabrik yanır - VİDEO

Türkiyənin Bursa şəhərinin Nilufer Sənaye zonasında kimyəvi səth örtükləri istehsal edən fabrikdə güclü yanğın meydana gəlib.

Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Fabrik gecə saatlarından bəri alovlara qərq olub. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım əməkdaşları və polis qüvvələri cəlb olunub.

Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görür, yanğınsöndürmə xidmətinin isə alovun söndürülməsi istiqamətində müdaxiləsi isə davam edir.

Yanğının səbəbi hələlik məlum deyil.


Bizim.Media

Seçilən
104
bizim.media

1Mənbələr