AZ

Bu gün Tofiq Bəhramovun anadan olmasının 101 illiyidir

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünya futbol tarixində "Qızıl fit" mükafatına layiq görülən yeganə laynsman kimi tanınan azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdam şəhərində anadan olub.

Onun futbol yolu 1940-cı ildə başlayıb. Əvvəlcə "Spartak"ın gənclər komandasında çıxış edən Bəhramov daha sonra "Neftyanik" klubuna dəvət alıb. Lakin aldığı ciddi zədə səbəbindən peşəkar futbolçu karyerasını vaxtından əvvəl başa vurmalı olub.

Futbola olan böyük sevgisi onu bu sahədən ayırmayıb. Tofiq Bəhramov hakimlik fəaliyyətinə başlayaraq qısa zamanda nüfuz qazanıb və keçmiş SSRİ tarixində avrokubokların final oyununda hakimlik edən ilk referi kimi yadda qalıb. O, həmçinin 1972-ci ildə Qitələrarası Kubokun final qarşılaşmasını idarə edib.

Əfsanəvi hakimin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film çəkilib. Tanınmış ingilis yazıçısı Artur Hopkraft "Futbol adamı" adlı məşhur kitabını məhz Tofiq Bəhramova ithaf edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaradıldıqdan sonra Bəhramov əvvəlcə hakimlər komitəsinin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Bu gün ölkənin əsas idman arenası olan Respublika stadionu onun adını daşıyır. 2004-cü ildə isə dünya futbol hakimləri arasında ilk dəfə olaraq Tofiq Bəhramovun şərəfinə abidə ucaldılıb.

Azərbaycan və dünya futboluna silinməz töhfələr vermiş Tofiq Bəhramov 1993-cü il martın 26-da vəfat edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
baku.ws

2Mənbələr