AZ

Nipah virusuna yoluxmanın simptomları

Yazını böyüt
Yazını kiçilt

"Hindistanda yeni yayılan ölümcül Nipah virusuna yoluxmanın əlamətləri arasında temperaturun qəfil 38 dərəcəyədək və daha yuxarı qalxması, adi qrip və digər yoluxucu xəstəliklərdə olduğu kimi güclü baş və əzələ ağrıları ola bilər".

Hafta.az xəbər verir ki, bunu rusiyalı həkim Nina Vişnevskaya bildirib. Onun sözlərinə görə, xəstəlik ilkin mərhələdə simptomsuz keçə, daha sonra isə sürətlə inkişaf edə bilər.

"İnkubasiya dövrünün orta müddəti 4-14 gün təşkil edir. Bununla belə, yoluxmuş material və ya xəstə insanla təmasdan 45 gün sonra əlamətlərin ortaya çıxdığı hallar da qeydə alınıb. Bu virus üçün güclü baş və əzələ ağrıları, üşütmə, halsızlıq və ürəkbulanma xarakterikdir. Təhlükə virusun sinir sistemini zədələdiyi zaman yaranır - xəstələrin bir hissəsində şüurun pozulması, qıcolmalar və kəskin tənəffüs çatışmazlığı inkişaf edir", - deyə Vişnevskaya qeyd edib.

Digər mütəxəssis Valeri Litvinov da Nipah virusunun yaratdığı infeksiyanın əlamətlərinin digər xəstəliklərlə qarışdırıla biləcəyini vurğulayıb:

"İlk növbədə onu müxtəlif ensefalitlərlə - məsələn, gənəmənşəli və ya herpes ensefaliti ilə, eləcə də tropik qızdırmalarla səhv salmaq olar. Bundan başqa, virusun simptomları COVID-19-un ağır gedişini, bronxopnevmoniyanı və ya bakterial və virusmənşəli pnevmoniyaların ağırlaşmış formalarını xatırlada bilər. Yəni yüksək hərarətlə və ağciyərlərin, beynin və ya digər daxili orqanların zədələnməsi ilə müşayiət olunan istənilən infeksiya Nipaha bənzər əlamətlər göstərə bilər".

Seçilən
24
1
hafta.az

2Mənbələr