AZ

3 nəfər dəm qazından zəhərləndi – İkisi öldü

Bakıda kirayə qalan 2 nəfər dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonundakı mənzillərin birində baş verib.

Orada kirayədə yaşayan İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev dəm qazının təsirindən zəhərlənib.

R.Məmiyev hadisə yerində ölüb, İ.Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Oxşar hadisə Qubada da baş verib. Dünən saat 17 radələrində Asəf Mirzə oğlu Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
40
3
konkret.az

10Mənbələr