Uzun illər davam edən məhkəmə çəkişmələri təkcə amerikalı aktrisa Ancelina Colinin sağlamlığını sarsıtmayıb, həm də onun maliyyə vəziyyətini ciddi şəkildə zəiflədib. Bu barədə "Daily Mail" nəşri yazır.
Hafta.az xəbər verir ki, aktrisa ABŞ-dən köçməyə hazırlaşdığı bir vaxtda ciddi maliyyə çətinlikləri ilə üzləşib.
O, artıq Nyu-Yorkda sahib olduğu yeganə mənzilini satıb. Həmin mənzildən onun böyük oğlu Maddoks müvəqqəti yaşayış yeri kimi istifadə edirdi. Sövdələşmənin məbləği açıqlanmasa da, bundan dərhal sonra Colinin Los-Ancelesdəki evini də satışa çıxarması bu addımın ona maddi rahatlıq gətirmədiyini göstərir. Məlumdur ki, bu malikanənin alınması üçün aktrisaya vəsaiti Bred Pitt borc verib - istisna edilmir ki, Coli bu yolla keçmiş ərinə olan borclarını ödəmək niyyətindədir.