Bakı. Trend:
Türkiyənin Bursa şəhərinin Nilufer Sənaye zonasında kimyəvi səthörtükləri istehsal edən fabrikdə güclü yanğın meydana gəlib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Fabrik gecə saatlarından bəri alovlara qərq olub. Hadisə yerinəçoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardıməməkdaşları və polis qüvvələri cəlb olunub.
Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görür,yanğınsöndürmə xidmətinin isə alovun söndürülməsi istiqamətindəmüdaxiləsi isə davam edir.
Yanğının səbəbi hələlik məlum deyil.