AZ

Ən-Nəsiri ''Fənər''in əlini qolunu bağladı

''Fənərbaxça''da Yussef Ən-Nəsiri ilə bağlı qeyri-müəyyənlik davam edir.

"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi təcrübəli forvard ''Yuventus''dan ciddi təklif almışdı. İstanbul nəhəngi hətta İtaliya nəhənginin təklifini qəbul etmişdi. Amma mərakeşli futbolçu ''qoca sinyora''nın təklifini geri çevirməklə hər kəsi şoka saldı. Ən-Nəsiri ''Yuventus'' rəsmilərinə icarə əsasında yox, daimi əsasda transfer olunmaq istədiyini bildirdi. Eləcə də futbolçu ilə ''byankoneri'' arasında gələn mövsümün maaşında anlaşma əldə olunmadı. Bu üzdən ''Yuve'' bu keçidi tamamlaya bilməyərək alternativ variantlara yönəldi.

Ən-Nəsiri ''Fənər'' rəhbərliyinə də bildirib ki, icarə əsasında heç bir kluba yollanmaq istəmir. İndiyə qədər ''Fənər''ə onun daimi transferi ilə bağlı heç bir rəsmi təklif gəlməyib. Bunun da səbəbi onun maaşının yüksək olmasıdı.

28 yaşlı futbolçu Türkiyədə illik 8 milyon avro qazanır. Üstəlik 2029-a qədər müqaviləsi var. Bu üzdən icarə əsasında yalnız bir halda - maaşının qalan hissəsinin ''Fənər'' tərəfindən qarşılanacağı təqdirdə getməyə razıdı. Bu isə ''sarı-lacivərdlilər''i qane etmir. ''Fənər'' bir tərəfdən Yuri Alberto, Pedro və Xose Manuel Lopes kimi braziliyalı hücumçularla maraqlanır. Amma aydın məsələdi ki, Ən-Nəsiri problemi yoluna qoyulmamış yeni hücumçu almaq çox çətin olacaq.

Domeniko Tedeskonun və klubun planlarına daxil olmamasına baxmayaraq heç nə olmayıbmış kimi məşqlərdə iştirak etməkdə davam edən Ən-Nəsiri bu mövsüm 25 oyunda 8 qol vurub.

Seçilən
20
football-plus.az

1Mənbələr