AZ

Qızılın qiyməti 5600 dollara yaxınlaşır

BAKI, 29 yanvar. TELEQRAF

Geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda investorların təhlükəsiz aktivlərə üz tutması nəticəsində qızılın bir unsiyasının qiyməti 5 600 ABŞ dollarına yaxınlaşaraq yeni rekorda çatıb.

Teleqraf xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 4.60% dəyər qazanaraq 5586 dollara bərabər olub.

Eyni zamanda, gümüşün qiyməti də 120 dollar həddini aşmağa yaxındır. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 4.31% bahalaşaraq 118.42 ABŞ dolları təşkil edib.

Seçilən
30
teleqraf.com

1Mənbələr