AZ

Sosioloq: Uşağı dinə məcbur etmək mənəvi-psixoloji təzyiqdir

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.

Maraqlıdır, uşaqların dinə etiqad etməyə məcbur edilməsinin psixoloji və sosial təsirləri nələrdir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan sosioloq Mail Yaqub qeyd edib ki, ümumiyyətlə, uşaqları hər hansı bir məsələyə məcbur etmək doğru yanaşma deyil:

“Buna ilk növbədə əxlaq icazə vermir. Dinin özü də buna icazə vermir. Məsələn, bir ata dindardır, ibadət əhlidir. O, öz uşağını namaz qılmağa, ibadət etməyə məcbur edə bilməz. İslamın özündə də belə bir hala icazə yoxdur.

Müqəddəs kitabımızda açıq şəkildə qeyd olunur ki, dində məcburiyyət yoxdur. Bu, yalnız könül xoşluğu ilə olmalıdır. Bəli, əgər ata inanclıdırsa, uşağına müxtəlif psixoloji yollarla haqq yolu göstərə bilər, İslamı düzgün və gözəl formada təbliğ edə bilər. Bu, artıq məcburiyyət sayılmır.

Amma uşağa psixoloji təzyiq göstərmək, onu dinə etiqad etməyə məcbur etmək qətiyyən yolverilməzdir. Bu cür yanaşma uşaqlara mənəvi-psixoloji təzyiq göstərmək deməkdir və düşünürəm ki, bu, onların psixoloji inkişafına mənfi təsir göstərir”.

Seçilən
8
azedu.az

1Mənbələr