AZ

Tramp və Niki Minaj əl-ələ - Fotolar

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən tədbirdə onu açıq şəkildə dəstəkləyən dünyaca məşhur reper Niki Minajla birlikdə səhnəyə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, tədbir zamanı Minajın Trampla əl-ələ görüntülənməsi və verdiyi açıqlamalar geniş müzakirələrə səbəb olub.
Niki Minaj tədbirdə çıxış edərək, ABŞ prezidentinə bağlılığını bir daha ifadə edib. Reper bildirib ki, Trampa verdiyi dəstək dəyişməzdir və tənqidlər onu bu mövqedən geri çəkindirməyib.
“Mən Prezident Trampın ən böyük pərəstişkarlarından biriyəm və bu, heç vaxt dəyişməyəcək. Bununla bağlı məruz qaldığım nifrət, əslində, məni onu daha çox dəstəkləməyə sövq edir”, - deyə Minaj bildirib.
“Onun arxasında böyük bir güc var və Tanrı onu qoruyur. Amin. Ona qarşı aparılan qaralama kampaniyaları nəticə verməyəcək”, - o əlavə edib.







Seçilən
18
1
yenilik.az

2Mənbələr