AZ

Doğum günündə yurduna qayıdan keçmiş məcburi köçkün: Mənim üçün ən gözəl hədiyyədir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mən Məmmədbəylidən çıxanda 25 yaşım var idi. Bu gün isə 58 yaşım tamam olur, doğum günümdür. Doğum günüm üçün ən gözəl hədiyyə elə doğma torpağıma geri qayıtmağımdır".

Bu sözləri Oxu.Az-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Təranə Səhlalıyeva deyib:

"Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin, prezidentimizə təşəkkür edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Oğlum, gəlinim, nəvəm və həyat yoldaşımla geri qayıdıram. Mən Zəngilan azad olunandan sonra ilk dəfədir ki, ora gedirəm, həm də birdəfəlik. Lakin həm də qəhərliyəm. Çünki anam və qardaşım bu günü görmədilər".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
oxu.az

1Mənbələr