AZ

Danimarka Qrenlandiyaya sovet istehsalı gəmi göndərib

BAKI, 29 yanvar. TELEQRAF

Danimarka Silahlı Qüvvələri Qrenlandiyaya "MS Ocean Endeavour" kruiz laynerini göndərib. Gəmi hərbçilər üçün “üzən kazarma” kimi istifadə olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, gəmidə “Arktik Dözümlülük” (Arctic Resilience) adlı təlimlərdə iştirak edəcək Danimarka hərbçiləri yerləşdiriləcək. Fevral ayının əvvəlindən etibarən təlimlərdə iştirak edən danimarkalı və xarici əsgərlərin bir hissəsi məhz bu üzən kazarmada qalacaq.

Bild yazır ki, sözügedən gəmi ilk dəfə 1982-ci ildə SSRİ-də “Konstantin Simonov” adı ilə istismara verilib və əvvəlcə bərə kimi istifadə olunub.

Gəmi 2014-cü ildə əsaslı təmir edilib, bundan sonra isə qütb sularında fəaliyyət göstərən ekspedisiya gəmisi kimi istifadəyə verilib.

Seçilən
54
teleqraf.com

1Mənbələr