AZ

ÇL-də 1/8 finala və pley-offa yüksələnlər - SON SİYAHI

Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 8-ci turun matçlarından sonra 1/8 finala və pley-offa adlayan klubların, həmçinin mübarizəni dayandıran bütün komandaların adları dəqiqləşib.

Reqlamentə əsasən, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarla vidalaşır.

Pley-offa adlayanlar sırasında Azərbaycan təmsilçisi "Qarabağ" və Türkiyə "Qalatasaray"ı da var.

1/8 finala yüksələnlər

"Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Mançester Siti" (İngiltərə)

Pley-offçular

"Real" (İspaniya), "İnter" (İtaliya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Yuventus" (İtaliya), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer" (Almaniya), "Boussiya" (Dortmund, Almaniya),"Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan), "Budo-Qlimt" (Norveç), "Benfika" (Portuqaliya)

Mübarizəni başa vuranlar

"Marsel" (Fransa), "Pafos" (Kipr), "Yunion" (Belçika), PSV (Niderland), "Atletik" (İspaniya), "Napoli" (İtaliya), "Kopenhagen" (Danimarka), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya), "Slaviya" (Çexiya), "Vilyarreal" (İspaniya), "Kayrat" (Qazaxıstan)

Pley-offun püşkatması zamanı (30 yanvar) 9-16-cı yeri tutanlar “səpələnmişlər”, 17-24-cü yeri tutanlar isə “səpələnməmişlər” səbətində yer alacaq. Yəni, 9-16-cı yeri tutan 8 komanda yalnız 17-24-cü yeri tutan 8 komandadan biri ilə qarşılaşacaq.

Pley-off”la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt (turnir cədvəlində 9–10-cu, 11–12-ci, 13–14-cü, 15–16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17–18-ci, 19–20-ci, 21–22-ci, 23–24-cü yerlər) formalaşdırılacaq.

9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 – 21/22 ilə, 13/14 – 19/20 ilə, 15/16 – 17/18 ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin qalibləri 1/8 finalda bu mərhələyə birbaşa yüksələn komandalarla qarşılaşacaqlar.

Pley-offun görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək. 1/8 final matçları isə 10/12 mart və 17/19 mart tarixlərində oynanılacaq.

Seçilən
56
50
sportinfo.az

10Mənbələr