AZ

Mbappe Çempionlar Liqasında Ronaldunun rekordunu qırdı

BAKI, 29 yanvar. TELEQRAF

İspaniyanın “Real” klubunun fransalı hücumçusu Kilijan Mbappe UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, Mbappe turnirin qrup və ya ümumi mərhələsində vurulan qolların sayına görə portuqaliyalı ulduz Kriştianu Ronaldunun göstəricisini geridə qoyub.

Cari mövsüm Çempionlar Liqasının ümumi mərhələsində keçirilən 7 oyunda 11 qol vuran Mbappe bu göstərici ilə tarixə düşüb. Ronaldu isə 2015/16 mövsümündə “Real”ın heyətində çıxış edərkən qrup mərhələsində 10 qolla fərqlənmişdi.

Qeyd edək ki, 2024/25 mövsümündən etibarən Çempionlar Liqasında format dəyişdirilib. Turnirdə iştirak edən komandaların sayı 36-ya çatdırılıb və ənənəvi qrup mərhələsi ləğv edilərək ümumi mərhələ tətbiq olunub. Əvvəllər yarışda 32 klub 8 qrupa bölünür və hər komanda 6 oyun keçirirdi.

Xatırladaq ki, Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniridir. “Real” bu yarışın 15 qat qalibi olmaqla rekordçu klubdur. Ötən mövsüm isə turnirin qalibi Fransa təmsilçisi PSJ olub.

Seçilən
71
teleqraf.com

1Mənbələr