AZ

"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bilindi

UEFA Çempionlar Liqasında əsas mərhələni 10 xalla başa vuraraq turnurin 1/16 finalına yüksələn "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Fanat.Az xəbər verir ki, tarixi ilkə imza atan Ağdam təmsilçisi PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, "köhlənlər" əsas mərhələsini ümumi sıralamada 22-ci yerdə bitiriblər. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.

Nihat

Seçilən
16
fanat.az

1Mənbələr