AZ

AFFA prezidenti "Qarabağ"a təbrik mesajı göndərdi

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial media hesablarında paylaşım edib:

“Azərbaycan futbol tarixində növbəti mühüm uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunu və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Seçilən
57
9
sportinfo.az

7Mənbələr