AZ

"Liverpul"la bir də qarşılaşsaq, daha yaxşı oynayarıq" - Qurban Qurbanov

style='margin-bottom:10px;'>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Liverpul"a qarşı keçirdikləri oyun və pley-offa adlamaqları barədə danışıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi matçda uduzsa da, turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsqə qazanıb. 

Q.Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında görüşü və komandasının keçdiyi yolu dəyərləndirib: "Əfsuslar olsun ki, böyükhesablı məğlubiyyətə uğradıq. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. 8 oyunu analiz etsək, gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-off mərhələsinə yüksəlməyi haqq etdilər. Əlbəttə ki, bu gün daha yaxşı oynaya bilərdik. Bu, bizim oyunumuz deyil. Biz daha yaxşı komandayıq. Hər bir halda layiqli məğlub olduq və layiqli də pley-offa yüksəldik. Futbolçularımı və xalqımı təbrik edirəm. Çox gözəyirdilər ki, pley-offa adlayaq. Get-gedə oyunlar qəlizləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük oyunlar gözləyir. Çalışırıq ki, qarşıdakı matçlara daha düzgün hazırlaşaq. Həm Arne Slotu, həm də komandasını 1/8 finala yüksəlməkləri münasibəti ilə təbrik edirəm. Onlara uğurlar arzulayıram". 

O, pley-offdakı potensial rəqibləri PSJ və "Nyukasl"ın özünəməxsus oyun üslubuna malik komandalar olduqlarını deyib: "Sadəcə gözləyəcəyik. Hər ikisinin özünəməxsus oyun üslubu var. Hansı komanda düşsə, daha diqqətli və ciddi hazırlaşmağa çalışacağıq".

Q.Qurbanov sonda "Əgər bu məğlubiyyətdən bir dərs çıxarmaq lazım gələrdisə, komanda üçün bu, hansı dərs olardı" sualını cavablandırıb: "Belə oynamamaq. Daha yaxşı oynamaq. Amma mən futbolçularımı çox gözəl başa düşürəm. 8 komanda arasında rahat rəqibimiz yox idi. Geridə qalan matçlarda çox enerji sərf etmişdilər və cəsarətli olmuşdular. Sadəcə bəlkə də futbolçularda arxayınlıq var idi ki, 90-95 faiz pley-offu təmin etmişdik. Hər bir halda bu stadionda oynamaq fərqli, çətin idi. Düşünürəm ki, bir də "Liverpul"la oynamaq şansımız olsa, bundan daha yaxşı çıxış edəcəyik. Bundan əminəm. Futbolçularla da paltardəyişmə otağında söhbətimiz oldu ki, biz bundan daha yaxşı oynamağı bacararıq və layiqik. Özləri də bunu qəbul edirlər". 

Seçilən
136
50
teleqraf.com

10Mənbələr