AZ

Levandovski Ronaldonun rekorduna yaxınlaşdı

Robert Levandovski “Barselona”nın “Kopenhagen” qarşısında hesabı bərabərləşdirməsinə nail olub.

90deqiqe.Az-ın "Opta"ya istinadən məlumatına görə, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün görüşündə 37 yaşlı hücumçu 48-ci dəqiqədə fərqlənərək hesabı 1:1 edib.

Bu qolla polşalı forvard Çempionlar Liqasında 30 yaşından sonra 68 oyunda 62 qol vuraraq turnir tarixində ikinci ən məhsuldar oyunçu olub. Yalnız portuqaliyalı futbolçu Kriştiano Ronaldo (68 qol) bu göstəricini qabaqlayır.

Robert Levandovski 2022-ci ildən “Barselona” komandasında çıxış edir. Kataloniya klubuna keçməzdən əvvəl o, “Bavariya” və “Borussiya Dortmund” klublarında oynayıb. Cari mövsümdə veteran hücumçu Çempionlar Liqasında artıq iki dəfə fərqlənib.

Seçilən
37
90deqiqe.az

1Mənbələr