AZ

PSJ “Nyukasl”la bacarmadı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində Fransanın PSJ klubu İngiltərənin “Nyukasl” komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, matç “Park de Prens” stadionunda baş tutub və 1:1 hesabı ilə bərabərliklə yekunlaşıb. Baş hakim Sloveniya təmsilçisi Slavko Vinçic olub.

Görüşün 4-cü dəqiqəsində hücumçu Usman Dembelenin penalti zərbəsi uğursuz alınıb. 8-ci dəqiqədə Vitina hesabı açaraq Paris klubunu önə çıxarıb. 21-ci dəqiqədə Xviça Kvaratsxelia zədələnərək meydanı tərk edib, onun yerinə Dezire Dué daxil olub. İlk hissəyə əlavə olunan vaxtda Nyukaslın yarımmüdafiəçisi Co Uilok hesabı bərabərləşdirib.

Qeyd edək ki, Çempionlar Liqasının finalı 30 may 2026-cı il tarixində Budapeştdə “Puşkaş Arena” stadionunda keçiriləcək.

Seçilən
20
90deqiqe.az

1Mənbələr