AZ

ÇL: "Liverpul" "Enfild"də hesabı açdı- YENİLƏNİR

Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən “Qarabağ” bu gün yarışın əsas mərhələsində son oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, ölkə çempionu 8-ci tur çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.

Əfsanəfi “Enfild” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Matçın baş hakimi slovakiyalı FIFA referisi İvan Krujlyak olacaq.

Qeyd edək ki, 7 oyundan sonra topladığı 10 xalla 18-ci yerdə olan “Qarabağ” səfərdən xalla dönməyi bacarsa, digər görüşlərin nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni təmin edəcək. Qurban Qurbanovun komandası bunu reallaşdıra bilməsə belə, digər oyunlarda qeydə alınacaq nəticələrə görə ilk "24-lük"də qala bilər. 

“Liverpul” hazırda 15 xalla 4-cü sırada qərarlaşıb. 

UEFA Çempionlar Liqası
Əsas mərhələ, VIII tur
28 yanvar

00:00. “Liverpul” - “Qarabağ” 1:0 (ilk hissə)

Qol: A.Makkalister, 15.
Hakimlər: İvan Krujlyak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (hamısı Slovakiya).
VAR: Pol van Boekel (Niderland), Yan Boterberq (Belçika)
Liverpul. “Enfild” stadionu.

Liverpul”: Alisson, Ceremi Frimponq, Rayan Qravenberx, Vircil van Deyk (k), Endi Robertson, Florian Virts, Aleksis Makkalister, Dominik Soboslai, Məhəmməd Salah, Yuqo Ekitike, Kodi Qakpo

Ehtiyat heyət: Mamardaşvili, Vudmen, Endo, Kerkez, Kyeza, Nayoni, Nallo, Morrison, Nqumoha

Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran

Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov

Seçilən
13
fanat.az

1Mənbələr