“İnter”in braziliyalı əfsanəsi Adriano fırıldaqçıların qurbanı olub
Publika.az xəbər verir ki, onun anası Rosilda Ribeiro, təxminən 15 min real (təxminən 3000 dollar) dəyərində pulunu itirib.
Zərərçəkənə “WhatsApp” vasitəsilə yazan şəxs özünü Adriano kimi təqdim edib və telefon nömrəsini dəyişdiyini iddia edib. Nəticədə, o, qadına pulu köçürməyə inandırıb.
Keçmiş hücumçu emosiyalarına hakim ola bilməyib və dərhal video çəkərək sosial şəbəkələrdə paylaşıb. Adriano fırıldaqçını sərt şəkildə xəbərdar edib: 24 saat ərzində bütün pulu geri qaytarmasaz, yoxsa cəzalandırılacaqsız. O vurğulayıb ki, heç kim onun ailəsinə toxuna bilməz və lazım gələrsə, özünün həmin şəxsi axtaracağını söz verib.