AZ

Şəhid atası olan məşhur aşıq vəfat etdi

Ağstafa rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid atası, ustad aşıq Hüseyn Əzizoğlu vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib. 

H.Əzizoğlu uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib. Mərhum sabah doğulduğu kəndə dəfn olunacaq. 

Qeyd edək ki, 1947-ci ildə Ağstafa rayonunun Göycəli kəndində dünyaya göz açan, 3 oğul və 1 qız atası olan Hüseyn Əziz oğlu Hüseynovun bir oğlu Şahlar Hüseynov, 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.


Telegram kanalımız
Seçilən
18
16
yenisabah.az

10Mənbələr