2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 450,7 milyon manat, büdcə xərcləri isə 445,7 milyon manat həcmində icra olunub.
Aznews.az xəbər verir ki, büdcə gəlirləri təsdiq olunmuş plana qarşı 91,4 faiz, xərclər isə təsdiqlənmiş plana qarşı 88,2 faiz səviyyəsində yerinə yetirilib.
Gəlirlərin icrasında yerli yığımlar 290,7 milyon manat təşkil etməklə plana qarşı 140,1 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 160,0 milyon manat olmaqla 56,0 faiz səviyyəsində icra olunub.
Gəlirlərin daxilolma mənbələri:
Hesabat ilində büdcə gəlirlərinin əsas hissəsi vergi və digər mənbələr hesabına təmin edilib. Belə ki, vergi orqanlarının xətti ilə daxilolmalar 260,4 milyon manat, gömrük orqanlarının xətti ilə daxilolmalar 18,3 milyon manat olub. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 2,5 milyon manat, sair daxilolmalardan 8,0 milyon manat, məqsədli büdcə fondu üzrə 1,0 milyon manat, dövlət əmlakının icarəsindən isə 0,5 milyon manat vəsait daxil olub. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 160,0 milyon manat dotasiya ayrılıb. Ümumilikdə gəlirlər üzrə daxilolmalar 450,7 milyon manat təşkil edib.