AZ

İranda isə İsrailə casusluq edən kişini edam ediblər

İranda İsrailə casusluq etməkdə ittiham olunan bir kişiyə ölüm hökmü icra edilib.

“Mehr” xəbər verir ki, 28 aprel 2025-ci ildə həbs edilən Həmid Rza Sabet Esmailpour casusluq və İrana düşmən olan (İsrail) kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıq etdiyinə görə asılıb. İran hakimiyyət orqanlarının məlumatına görə, həmin şəxs məxfi məlumat ötürməklə İsrail kəşfiyyatı ilə əməkdaşlıq edib.
Xatırladaq ki, yanvarın əvvəlində İranda Tel-Əvivə casusluq etməkdə ittiham olunan başqa bir kişi edam edilmişdi.

Müstəntiqlər hesab edirlər ki, kişiyə əməkdaşlığına görə bir milyon dollar vəd olunubmuş.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr